memarlıq layihəsi

Memarlıq obyektinin yaradılması üçün hazırlanan, memarlıq obyektinin həcm-məkan quruluşunu və bədii həllini müəyyənləşdirən ümumi layihə sənədlərinin (memarlıq obyekti layihəsinin) memarlıq hissəsi

memarlıq fəaliyyəti
memarlıq obyekti
OBASTAN VİKİ
Memarlıq
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Gemini layihəsi
Gemini layihəsi ABŞ-nin Apollon layihəsinə hazırlıq mərhələsində həyata keçirdiyi əvvəlki bütün rekordları qıran layihədir. Kəsilmiş bir konus şəklində kosmosa buraxılması üçün sifariş verilmiş 12 ədəd vasitə, 2 nəfər üçündür. İlk vasitə Gemini 1 8 aprel 1964-cü ildə buraxılmışdır. Buraxılmış ilk iki vasitə pilotsuz olarkən ABŞ-nin ilk pilotlu kosmik uçuşu Gemini 3 vasitəsilə həyata keçirilmişdir (23 mart 1965). Gemini 4-dəki astronavtlardan biri (E.H. White) vasitənin Yer üzünü 3-cü dövrü zamanı kapsuladan çıxdı və kosmosda sərbəst gəzən 2-ci şəxs oldu. Gemini 5 ən yaxın nöqtədən yerə 160 km və ən ucqar nöqtədən 347 km orbitdə olmaqla 190 saat 56 dəqiqə ərzində Yer ətrafında 120 dövr edərək bu sahədə əvvəlki bütün rekordları qırdı. Gemini 6 11 gün əvvəl buraxılan Gemini 7 vasitəsilə qarşılaşdı və kosmosdakı ilk görüşü təmin etdi (15 dekabr 1965). Gemini 11 nəqliyyat vasitəsi dünyanı gəzərkən qapısı 172 dəqiqə açıq qoyularaq süni cazibə təcrübəsi aparılmışdır. Son vasitə Gemini 12 11 noyabr 1966-cı ildə buraxıldı və beləliklə Gemini proqramı sona çatdırılmışdır.
Horizon Layihəsi
HORİZON Layihəsi "New Media Consortium" tərəfindən tədris və öyrənmə üçün inkişaf etməkdə olan texnologiyaları planlaşdırmağa yönəlmiş bir təşəbbüsdür. Layihənin məqsədi Dünyanın dörd bir yanında olan tədrisçilərə və müəllimlərə öz təcrübələrini təkmilləşdirməyə peşəkarların tərcrübəsindən yararlanmasına şərait yaratmaqdır. "HORİZON-2020" layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir. == Rəsədxananın əməkdaşı "HORİZON-2020"-nin qaliblərindən biri olub == AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"-nin qalib layihələrindən biri olub. "HORİZON-2020" çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir. C. Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir. Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur. Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaq.
MKUltra layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi. Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi.
Manhetten layihəsi
Manhettan layihəsi (ing. Manhattan Project) – Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə II Dünya müharibəsi illərində ilk nüvə silahının (atom bombasının) yaradılması məqsədilə həyata keçirilmişdir. Formal adı Manhettan Mühəndisi Zonası (MMZ) olan bu layihə 1942–46-cı illərdə general R. Gruvsun hərbi rəhbərliyi ilə ABŞ Hərbi Mühəndisləri Komandanlığının nəzarəti altında həyata keçirilmişdir. Layihənin elmi-tədqiqat işlərinə amerikalı alim Robert Oppenheymer rəhbərlik etmişdir. Layihə 1945-ci ildə üç nüvə silahının əldə edilməsi və sınaqdan keçirilməsi ilə nəticələnir. İlk sınaq partlayışı 1945-ci il 16 iyul tarixində Yeni Meksika ştatının Triniti şəhəri yaxınlığında plutonium ilə zənginləşdirilmiş bombanın sınaq partlayışı (Üçlük sınağı) ilə həyata keçirilir. Daha sonra avgust ayının 6-sı uranla zənginləşdirilmiş "Little Boy" adlı bomba Yaponiyanın Hiroşima şəhərində, bundan üç gün sonra isə, avgustun 9-u yenidən Yaponiyada, bu dəfə Naqasakidə "Kök" adlı ikinci plutoniumla zənginləşdirilmiş bomba sınaqdan keçirilir. Layihə XX əsrin 30-cu illərində almanların nüvə texnologiyaları sahəsində apardıqları tədqiqatlara cavab olaraq 1939-cu ildə əvvəlcə kiçik bir tədqiqat proqramı şəklində yaranır. Tədricən layihə genişlənir və özündə 130 minlik işçi qüvvəsi toplayır. Layihənin ümumi dəyəri 2 miyard ABŞ dolları olaraq qiymətləndirilirdi (2007-ci ilin istehlakçıların qiymət indeksinə əsasən 23 milyard $).
Merkuri layihəsi
Merkuri Layihəsi — 1958-ci ildən 1963-cü ilə qədər Birləşmiş Ştatların ilk kosmik uçuş proqramı Merkuri olmuşdur. Space Yarışının erkən qeyd edildiyi müddətdə məqsədi bir insanı Yer üzünə qoymaq və Sovet İttifaqı qarşısında ideal bir şəkildə geri qaytarmaq idi. Yeni yaradılmış NASA kosmik agentliyi tərəfindən ABŞ Hava Qüvvələrindən götürülən, iyirmi bərabər inkişafsız uçuş (bəzi heyvanları istifadə edərək) və astronavtların müvəffəqiyyətli uçuşunu həyata keçirdi. Roma mitologiyasından adını alan proqram, inflyasiya üçün 2,2 milyard dollara başa gəldi. Astronavtlar kollektiv olaraq "Merkuri Seven" kimi tanındılar və hər bir kosmik gəmiyə "7" pspase Race, 1957-ci ildə Sovet peykinin Sputniknin 1-nin buraxılması ilə başladı. Bu, Amerika ictimaiyyətinə şok olaraq gəldi və mövcud ABŞ kosmik kəşfiyyat işlərini sürətləndirmək üçün NASA yaradılmasına gətirib çıxardı. Onların çoxunu vətəndaş nəzarəti altında yerləşdirdilər. 1958-ci ildə Exsplorer 1 peykinin müvəffəqiyyətli bir şəkildə başladıktan sonra ekipajlı kosmos uçuşu bir sonrakı hədəf oldu. Sovet İttifaqı ilk insan, kosmonavt Yuri Qaqarinini 12 aprel 1961-ci ildə, Vostok 1-də tək orbitə yerləşdirildi. Qısa bir müddət sonra, ABŞ, 5 mayda, ilk astronavt Alan Şepardı suborbital uçuşa buraxdı.
Monarx layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi. Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi.
Montauk layihəsi
Montauk layihəsi (ing. Project Montauk) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihələrindən biridir. Montauk şəhəri Nyu-Yorkda yerləşir. Bu layihə 1960-cı illərdən başlamışdır. Layihədə psixoloji silahların hazırlanması, teleportasiya, elektromaqnit sahəsi zamanı vaxt dəyişilmələri öyrənilirdi. Montauk layihəsinin əsasını şəhər parkında quraşdırılmış AN/FPS-35 radarı təşkil edir. The Project is widely regarded by mainstream sources as fictional. The Montauk Project and the Philadelphia Experiment. About.com: The Montauk Project.
Qutenberq layihəsi
Qutenberq layihəsi (ing. Project Gutenberg) — elektron universal kitabxananın yaradılması və təbliği üzrə ictimai təşəbbüs. 1971-ci ildə Maykl Ştern Hart tərəfindən əsası qoyulan layihə, dünya ədəbiyyatının istifadəsi sərbəst olan müxtəlif əsərlərinin rəqəmsallaşdırılması və mətn formatında qorunmasını nəzərdə tutur. Mətnlərin əksəriyyəti ingilis dilindədir. Digər dillərdən isə daha çox fransız, alman, fin və niderland dilləri təmsil olunublar. Həmçinin, rus, katalan, sanskrit dillərində də mətnlər var. 2014-cü ilin martına ola məlumata görə, Qutenberq layihəsinin kolleksiyasında 45000-dən artıq fayl var. Bu layihədəki bir çox mətnlər LibriVox layihəsi tərəfindən audiokitabların yaradılması üçün istifadə edilir. Internet Archive gutenberg.org — Qutenberq layihəsinin rəsmi saytı The CD and DVD Project Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine – Kitabları endir Distributed Proofreaders – a worldwide group of volunteer editors* that is now the main source of eBooks for Project Gutenberg Project Gutenberg News – Official News for Gutenberg.org. Includes the Newsletter Archives, 1989–Present.
Venera layihəsi
Venera layihəsi (ing. The Venus Project) — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat. İnternet saytı vasitəsilə yayımlanan video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəliyə daşımaq məqsədi üçün çalışan, ehtiyat-əsaslı iqtisadiyyata keçməyi, şəhər modellərinin texnoloji baxımdan yenidən qurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və avtomatlaşdırma əhəmiyyətini cəmiyyətə fayda təmin edəcək yöndə artırmağı təklif edən layihədir. Təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır. Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji tərəqqini şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüurlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox ehtiyat bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu iqtisadi modelə əsasən, insanların eqoizm, rüşvət və acgözlüyə olan meyli aradan qalxa və onların bir-birinə olan etibarı arta bilər. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi potensiallarını ortaya qoymaqdan saxlayaraq, cəmiyyəti geriyə aparır. Freskonun bu fikirləri Böyük böhran illərində formalaşmışdır.
Kalmık layihəsi
Kalmık layihəsi — Sovet Rusiyanın Britaniya Hindistanına qəfil hücum planına verilən ad. Sovet Rusiyası lazım olacağı təqdirdə gözlənilmədən Britaniya Hindistanının şimal-qərb sərhədlərinə Tibetdən keçməklə hücum etməyi planlayırdı. Bu layihə Sovet Rusiyasının Böyük Britaniyanı və digər qərb imperialist dövlətlərini cənubi Asiyada problemlər çıxararaq qeyri-sabitlik yaratmaq cəhdlərinin bir parçası idi. Buna cavab olaraq da britaniyalılar Hindistandakı agentlərindən bir qismini Mərkəzi Asiyaya göndərərək bolşeviklərin planlarını öyrənməyə cəhd etmişdilər. Bu agentlərə misal olaraq F. M. Baileyi göstərmək olar. == Haqqında == Sovet Rusiyasının Böyük Britaniyaya və ingilis imperializminə qarşı mübarizədə yararlanmaq istədiyi şeylərdən başlıcası ona qarşı olan hərəkatları dəstəkləmək idi. Sovet Rusiyası düşünürdü ki, qərb imperializminə ziyan vura, Dünya inqilabını reallaşdıra bilmək, onun kapitalist sənayesinin dağılması üçün lazım olan şey bu böyük sənayenin Asiyadakı xammal qaynaqlarını dağıtmaqdır. Bunu isə yalnız Asiya xalqları ya bu imperialist dövlətlərə qarşı ayağa qaldırmaqla, ya da hazırda fəaliyyət göstərən milli hərəkatları dəstəkləməklə etmək mümkün idi. Lenin milli hərəkatlarla əməkdaşlıq edə bilmək üçün problem olan marksist yanaşmada dəyişikliklər etmək üçün çalışmalara başladı və ortodoks marksist tərəfdaşlarının fikrini dəyişdirməyə çalışdı. 1919-cu ildə onlar şərqşünas N. Z. Bravinin rəhbərliyi altında diplomatik missiyanı bölgəyə göndərdilər.
Florida layihəsi
Florida layihəsi (ing. The Florida Project) — 2017-ci il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Şon Beykerdir. Ssenari müəllifləri Beyker və Kris Berqoçdur. Baş rollarda Bria Vinayte, Bruklinn Prins, Villem Defo və başqaları çəkilib. Film Floridanın Kissimmi şəhərindəki moteldə anası ilə birlikdə yaşayan altı yaşlı balaca qızın yay macəralarından bəhs edir.
Qanun layihəsi
Qanun layihəsi — qanunverici orqan tərəfindən qəbul edilmək və ya referendum üçün təklif olunan qanunun mətni olan sənəd.
Azorian layihəsi
Azorian layihəsi (ing. Project Azorian) - Sakit okeanı sularında batmış Qızıl orduya məxsus K-129 sualtı qayığının bir hissəsinin Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Hərbi Donanmasının birgə əməkdaşlığı nəticəsində su səthinə çıxarılması əməliyyatı. Sualtı qayığın suyun səthinə çıxarıması üçün ABŞ Hərbi Donanması xüsusi hazırlanmış Hughes Glomar Explorer adlı gəmidən istifadə etmişdir. 1968-ci ildə Havay adalarından təxminən 2.510 km məsafədə batmış sovet sualtı qayığının suyun səthinə çıxarılması prosesi soyuq müharibə dövrünün ən bahalı və ən gizli əməliyyatlarından biri hesab olunur. Belə ki, ABŞ əməliyyata müasir dövrün valyutası ilə 5 milyard ABŞ dollarına yaxın vəsait xərcləmişdir. Əməliyyatın adı ABŞ mətubatı tərəfindən 1975-ci ildən 2020-cı ilə qədər Cennifer olaraq adlandırıb. Cennifer əməliyyatın kod adlarından biri idi və mətbuat bu adın əsas yox, ikinci ad olduğunu yalnız 2020-cı ildə bilib. K-129 SSRİ-nin Sakit okean donanmasına aid strateji sualtı qayıqlardan biri hesab olunurdu. 1959-cu ildə istifadəyə verilmişdi. 1968-ci ilin 24 fevral tarixində I dərəcəli kapitan Vladimir Kobzarın rəhbərliyi altında növbəti patrul səfərinə çıxmışdır.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Funksionalizm (memarlıq)
Funksionalizm — XX əsr memarlıq cərəyanıdır. Almaniyada ("Bauhauz" məktəbi) və Niderlandda yaranmışdır. Funksionalizm 1910-1920-ci illərin konstruktivizmi və avanqard bədii hərəkatı əsasında formalaşdı və 1930-cu illərdə müstəqil bir memarlıq üslubu kimi formalaşdı. Məsələn, Rusiya inqilabının, utopik anlayışları və idealist fikirləri funksionalizmin hüdudlarında əks etdirən konstruktivizmdən fərqli olaraq, memarlar formulaya uyğun olaraq konkret utilitar-konstruktiv vəzifələri həll etdilər: funksiya - tikinti - forma - keyfiyyət. Qərbi Avropa funksionallığı ideyaları yeni materialların və tikinti texnologiyalarının istehsalında elmi və texnoloji tərəqqinin ehtiyaclarından əmələ gəlmişdir. Funksionalizm prinsipləri bina və tikililərin sənaye və məişət proseslərinə və onlarda olan funksiyaların (utilitar, kommunikativ, sosial-mədəni) ciddi şəkildə uyğunlaşdırılmasını nəzərdə tutur. Funksionalizmin mənşəyi ənənəvi ingilis evinin "rasional memarlıq" ənənələrinə, V. Morrisin və "İncəsənət və sənətkarlıq" emalatxanalarına, J. Hoffman, L. Bauer və K. Moserin Vyana emalatxanalarına, G. Muteisusun nəzəri görüşlərinə və alman Verkbundun fəaliyyətinə əsaslanır. Funksionalizm prinsipləri ən çox Almaniyada bauhauz məktəblərində və Niderlandda de steil dərnəyində inkişaf etmişdir. Xüsusi əhəmiyyət daşıyan Gottfried Semper və onun "Praktik Estetika", P. Behrens və O. Vaqerin əsərləri olmuşdur. Fəaliyyətlilik, məqsədləri, ərazi şəraiti və ətraf mühit tələblərindən asılı olaraq ev tikməyə imkan verdi.
Kapella (memarlıq)
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Konstruktivist memarlıq
Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır. Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur. == Konstruktivizm haqqında == Kontstruktizm Rus futurizmindən irəli gələn daha geniş kontstruktiv incəsənət cərəyanından meydana çıxmışdır. Kontstruktiv incəsənət üç ölçülü kubist təxəyyülünü kinetik ünsürləri olan tamamilə mücərrəd qeyri-obyektiv "konstruksiyalara" tətbiq etməyə təşəbbüs göstərmişdi. 1917-ci il Rusiya inqilabından sonra o, öz diqqətini yeni rejimin tələb etdiyi yeni sosial tələblər və istehsalat məsələlərinə çevirdi. İki müxtəlif düşüncə tərzi meydana çıxdı. Birincisi fəza və ahənglə əlaqəli Antuan Pevsner və Naum Qabonun "Realist manifest"ində ümumiləşmişdi. İkincisi isə Maarifçilik Komissarlığı daxilindəki mübarizəni təmsil edirdi.
Memarlıq doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Modern memarlıq
Modern memarlığı — memarlıq üslubu, 1890–1910-cu illərdə Avropada yayılmışdır. İncəsənət modern üslubunda işləmiş ilk memarlarından biri, Belçikalı Viktor Horta olub. Öz layihələrində, o, yeni materiallar, əsasən metal və şüşə istifadə etmişdir. Dəmirdən hazırlanmış struktur daşıyanlara fantastik, bitkiyə bənzər, formalar verirdi. Fransada modern fikiri Hektor Qimar yayıldırıb. Amma ən çok klassik anlayışdan Antonio Qaudi getdi.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Neoklassik memarlıq
Neoklassik memarlığı — memarlıq üslubu. Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ. 1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922). 1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair). 1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.